XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 16:21

Dövlət Komissiyasından əfv olunmuş məhbusun yerinə başqasının buraxılma xəbərinə rəsmi –Reaksiya

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mətbuatda Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə yayılan məlumatlara reaksiya verib.

Komissiyadan Strateq.az-a verilən məlumata görə, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır: 

"Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur".

Açıqlamada o da bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb:

"Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir".