XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 18:55

İstanbulda İran əleyhdarı ortağıyla birgə öldürüldü –Yaxınları şübhələri İrana yönəltdi

İstanbulda aprelin 29-da axşam yerli vaxtla saat 20.15 radələrində peyklə fars dilində yayımlanan 17 telekanalı özündə birləşdirən CEM TV teleşirkətinin rəhbəri Səid Karimian və küveytli ortağı Əl-Muhtari öldürülüb.

İran əsilli britaniyalı iş adamı S. Karimian və ortağının olduğu avtomobilin qarşısı Maslakda “Cip” markalı avtomobilə kəsilib.

S. Karimiana məxsus avtomobil dayanıb və bu zaman qarşıdakı avtomobildən düşən iki nəfər atəş açmağa başlayıb. S. Karimian və ortağı hadisə yerində həyatlarını itiriblər.

Daha sonra cinayətkarlar sürətlə hadisə yerindən uzaqlaşıblar. Onların olduğu avtomobil Kemerburgaz yolunda yandırılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, Tehran məhkəməsi qiyabi olaraq S. Karimian barədə İran əleyhinə təbliğatla əlaqədar 6 il azadlıqdan məhrumetmə qərarı verib. S. Karimianin yaxınları bildiriblər ki, o, son 3 ay ərzində İran hakimiyyətindən hədələr alıb və buna görə də yaxın vaxtlarda Londona qayıtmağı planlaşdırırmış.  (APA)