XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

01 May 2017 - 02:09

Roma papası:"ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

 Roma papası Fransisk ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə münasibətlərdə gərginliyin böyük silahlı münaqişəyə çevrilə biləcəyinə dair sözlərinə münasibət bildirib.

Bu barədə "The Hill" nəşri yazıb.

"Mən onları problemlərini diplomatik yolla həll etməyə çağırıram və bununla bağlı müraciət də edəcəyəm", – deyə papa Misirdən qayıdarkən təyyarədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişənin gərginləşməsi "bəşəriyyətin və dünya mədəniyyətinin böyük hissəsinin məhvinə" səbəb ola bilər:

"Söhbət bəşəriyyətin gələcəyindən gedir. Hazırda böyük müharibə deməzdim ki, bəşəriyyətin yarısını, lakin böyük hissəsini və hər yerdə dünya mədəniyyətini məhv edərdi. Bu dəhşətli olardı. Düşünmürəm ki, bu gün bəşəriyyət belə bir müharibəyə davam gətirsin".

O, iki ölkə arasındakı münasibətlərin "olduqca közərdiyini" bildirib və BMT-ni belə məsələlərdə öz əhəmiyyətini bərpa etməyə çağırıb. (Report)