XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 20:05

Putin Ərdoğanla belə zarafat etdi:"Səninkilər işləmək istəmirlər” - VİDEO

Rusiya və Türkiyə prezidentlərinin Soçidə başlayan görüşündə maraqlı anlar yaşanıb.

RİA Novosti xəbər verir ki, liderlər Rusiya prezidentinin «Boçarev ruçey” iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.

Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. 

Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və türk liderə xitabən belə deyib: "Səninkilər işləmək istəmirlər”.