XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 00:24

Abdullah Güldən AKP və Baykala sərt cavab:"Türkiyə yetərli qədər qütbləşmənin içindədir..." - VİDEO

Türkiyənin 11-ci prezidenti Abdullah Gül son günlər haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, o, CHP-nin keçmiş sədri Dəniz Baykalın "2019-cu il prezident seçkilərində namizədimiz Abdullah Gül ola bilər" açıqlamasına ad çəkmədən belə cavab verib:

"Bir siyasətçinin partiyadaxili müzakirə çərçivəsində taktiki gedişi məni də müzakirə mövzusuna çevirib. Mən bunları ciddiyə almıram. Mən referenduma getmək üçün 367 deputat səsinin necə ortaya çıxdığını, bugünkü duruma necə gəlindiyini yaxşı bilirəm. Onun üçün indiki söhbətləri ciddiyə almadım, amma təəssüflənirəm ki, bəziləri bunu çox ciddiyə alıblar. Yenə deyirəm, məni belə gərəksiz müzakirələrə çəkmək istəyənləri ciddiyə almıram".

Gül, Dəniz Baykalın açıqlamasından sonra bəzi AKP üzvlərinin ona yönəlik "Cavab verməli olduğu məsələlər var. Əgər 2019 seçkilərinə qatılmaq niyyətindədirsə, o zaman sakit dayanmasın, buna münasibət bildirsin" ehyamlarına isə sərt cavab verib:

"Bəziləri sayğı çərçivəsini aşaraq, mənə nə etmək istədiyimi məsəhət etməyə qalxdı. Buna çox üzüldüm. Xeyli vaxtdır bəzi çevrələr, bəzi xəbər saytları, sosial media başda mən olmaqla,  AKP-nin gerçək liderləri, qurucuları, onların üzərində əməyi olan dostlar haqda ağıza alınmayacaq təhqirlər yağdırır. Doğrusu, bunların necə idarə olunduğunu bütün dünya bilir. Bunları sükut və gerçəkdən çox, təəssüflə qarşılayıram, cəmiyyətin vicdanına buraxıram".

Abdullah Gül 7 il tərəfsiz prezident olduğunu, vəzifəsindən ayrıldıqdan sonra aktiv siyasətə girməyəcəyini hələ o zaman söylədiyini xatırladıb: "Ancaq fikirlərimi, potensialımı paylaşmaq və bölüşmək məsuliyyətim var. Bu şəkildə də davam edəcəyəm. Yeri gələndə, yenə də fikirərimi paylaşacam. Türkiyə yetərli qədər qütbləşmənin içindədir. Türkiyənin qarşıya baxması gərəkdir. İçəridə ciddi iqtisadi gözləntilər var. Hər kəsin bunlara yönəlməsi lazımdır. Bu çərçivədə mütləq hökumətə yardımçı olmaq gərəkdir. Xaricdən qaynaqlanan ciddi təhlikələr var".

Yeri gəlmişkən, xatırladaq ki, CHP-nin sabiq sədri, millət vəkili Dəniz Baykal "CNN Türk" telekanalında qatıldığı bir proqramda "2019 prezident seçkilərində namizədimiz CHP-li olmaya bilər. Namizədlik üçün Abdullah Gül adı gələrsə, mən ciddiyə alaram. Varsa belə bir niyyəti, dəyərləndirilməlidir, çox gecikməməsi lazımdır", – deyə, bildirmişdi.

Bundan sonra isə iqtidar partiyası AKP-nin bəzi tanınmış şəxsləri, hətta deputatları təlaşla Abdullah Gülə qarşı mediada sərt açıqlamalar verməyə başlayıb…

Strateq.az