XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 00:56

CHP-dən Gülə cavab gecikmədi:"Ümid edirik ki, Ərdoğanla bir stəkan çay içib, söhbət etmək şansı qalıb"

Dəniz Baykalın "2019-da prezidentiyə namizədimiz CHP-li olmaya da bilər, Abdullah Gülün adı ortaya çıxarsa, mən bunu ciddiyə alaram" açıqlamasına sabiq prezident Abdullah Gülün bu gün "Mən onu ciddiyə almıram" cavabı CHP-də çox sərt qarşılanıb.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, CHP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup lideri Özgür Özəl 11-ci prezident Abdullah Gülün Baykalı nəzərdə tutan açıqlamasına kəskin cavab verib:

"Abdullah Güllə Rəcəb Tayyib Ərdoğanın bir-birlərinə mesaj vermək, söhbət etmək, danışmaq, tənqid etmək, hədd bildirmək üçün hörmətli Dəniz Baykalın sözlərindən istifadə etmələrinə, həqiqətən, təəccüblənməmək mümkün deyil. Cənab Gül Dəniz Baykalın sözünü CHP-nin daxili məsələsi sayıb, partiyadaxii müzakirə çərçivəsində taktiki gediş kimi dəyərləndirib. Oysa ki, onun açıqlamasında verdiyi mesajlar birbaşa AKP-nin öz daxili məsələsidir".

Özgür Özül daha sonra Abdullah Gülə açıq müraciət edib:"Cənab Gül, hökumətə dəstək verib-verməmənizi gedin Ərdoğanla üz-üzə görüşüb, müzakirə edin. Nədən Dəniz Baykala ehtiyac duyursunuz?! Gedin, danışın. Bu, sizin partiyanızın daxili işidir. Düzü, təəccübləndik cənab Güldən eşitdiklərimizə. Ümid edirik ki, Ərdoğanla Gül arasında bir stəkan çay içib, söhbət etmək şansı qalıb. Hər halda buna ümid etmək istəyirik. Nə qədər olmasa, hər ikisi bir-birlərini təqib edən, eyni zamanda, tərəfsizlik andı içmiş prezidentlərdir".

Strateq.az