XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 18:06

Moskvada erməni təxribatı –Azərbaycanlılara ermənilər arasında dava düşdü, yaralılar var (VİDEO)

Moskvada "Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.

Strateq.az SalamNews-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.

Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. Həmyerlilərimizdən birinin xəsarətləri ağır olduğundan yaxınlıqdakı təcili tibbi yardım xidmətinə müraciət olunub.