XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 00:15

Tramp PYD-yə silah, Türkiyəyə isə “risklərə qarşı” təminat verdi –Pentaqon rəsmi qərarı açıqladı

ABŞ Müdafiə Nazirliyi prezident Donald Trampın PKK-nın Suriya qolu olan PYD-yə silah verilməsi təlimatını verdiyini açıqlayıb.

Strateq.az "Habertürk TV"yə istinadən bildirir ki, Pentaqonun rəsmi açıqlamasında Türkiyəni sakitləşdirən ifadəyə də yer verilib.

"Ayrılacaq silahlar yalnız Raqqanın İŞİD-dən azad edilməsi üçün nəzərdə tutulur. Ağ Ev bütün ehtimal olunan risklərlə bağlı Türkiyəyə təminat verir", – deyə, bildirilib.