XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 16:54

Rusiya Türkiyə-Suriya sərhədinə bayrağını asdı –Rəsmi Ankara hərəkətə keçdi + FOTO

Rusiya PKK-nın Suriya qolu olan YPG/PYD terror qruplaşmasını Türkiyənin zərbələrindən qorumaq üçün gözlənilməz addım atıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Soçidə Putinlə Ərdoğanın görüşündən sonra PKK/YPG ilə bağlı iki ökənin razılaşdığı bildirilsə də, görünən odur ki, rəsmi Moskva yenə də öz ambulasındadır.

Belə ki, bu gün Rusiya hərbçiləri Suriyanın Afrin şəhərində PKK/YPG qruplaşmasının nəzarətində olan və Türkiyənin Kilis bölgəsi ilə üzbəüzdəki posta Rusiya bayrağı asıblar: "Bayraq bu gün səhərdən Tükiyə ilə Suriya sərhədinin bir addımlığında hələ də dalğalanır. Rusiyanın bu addımından sonra Türkiyə sərhədə əlavə qüvvələr yeridib. Ankara bununa yanaşı, Rusiyaya dipomatik kanallara öz etirazını çatdırıb. Ancaq bayraq hələ ki götürülməyib".

Strateq.az