XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2017 - 19:03

Türk nazir:"Avropa Şurası bizim evimizdir, Yohannes Hana “Avropa röyası bitdi nə deməkdir? sualını verdim..."

Türkiyənin terrorla mübarizəsi ölkəmizin təhlükəsizliyini təmin etdiyi qədər, Avropanın da təhlükəsizliyini qarant altına alır.

Bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri və baş müşaviri Ömər Çelik deyib.

“Avropa Şurası bizim evimizdir. Biz qonaq deyilik. Bu yöndə aparılan işlər bundan sonra da uğurla davam etdiriləcək. Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hana “Avropa röyası bitdi nə deməkdir?” deyə sual verdim. O isə sözlərinin təhrif olduğunu bildirdi”, – nazir bildirib.

Qeyd edək ki, Han Türkiyədə insan haqlarının tez-tez pozulduğunu bildirərək, bu ölkənin AB-yə üzv olmayacağını demişdi/Axar.az.