XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2017 - 19:09

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi əməkdaşlığa dair sənəd imzalayacaq –Batumidə

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlıq haqqında Memorandum imzalamağa hazırlaşır.

Bu məsələ İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə və Gürcüstan müdafiə nazirləri Fikri İşıq və Levan İzoriya arasındakı görüşdə müzakirə olunub.

L. İzoriya sənədin mayın sonunda 3 ölkənin müdafiə nazirlərinin Batumidə keçiriləcək görüşündə imzalanacağını söyləyib. Memorandum müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

“Bizim Türkiyə müdafiə naziri ilə çox məhsuldar görüşümüz oldu. Biz on gün sonra Batumidə nazirlərin görüşünü keçirməyi planlaşdırırıq. Azərbaycanın müdafiə naziri də qatılacaq. Biz üçtərəfli əməkdaşlığımızın formatını müzakirə edəcəyik”, – deyə L. İzoriya bildirib.

APA