Milli Məclisin bugünkü plenar iclasında səlahiyyət müddəti bitən Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevin yenidən həmin məhkəminin hakimi təyin edilməsi müzakirə edilib.
Strateq.az xəbər verir ki, o, yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənib.
Onu da bildirək ki, E.Nəbiyev 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.