XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 04:05

Rusiyada yaşayan azərbaycanlı iş adamından örnək addım –İki hərbçimizə ev bağışladı

May ayının 10-da Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzuli Məmmədov Bakıda olarkən, iki hərbçiyə ev bağışlayıb.

Xüsusi Təyinatlı Qoşunların hərbçiləri olan Natiq Mehtiyev Bakı şəhərində, Ülfət Həsənov isə Sumqayıt şəhərində evlə təmin olunublar.

Xatırladaq ki, hər iki hərbçi 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarət alıblar. Natiq Mehtiyev və Ülfət Həsənovun mənzil şəraitinin yaxşılaşdırılması üçün F.Məmmədov öz vəsaiti ilə onlara mənzil alıb bağışlayılb.

Bu haqda Natiq Mehdiyev özünün facebook səhfəsində də məlumat paylaşıb: "Dostlar, nəzərinizə çatdırım ki, ulu öndər Heydər Əliyevin doğum günündə mən və qazimiz Ülfət Həsənov Bakı şəhərində evlə təmin olunduq. Biz bu diqqət və qayğıya görə ilk öncə Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bundan başqa mənzilləri bizə hədiyyə edən, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzli Məmmədova hörmətimizi və minnətdarlığımızı bildiririk. Bu işdə daim bizim yanımızda olan Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimliyə və AKF vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimova minnətdarlığımızı bildiririk. Tanrı dövlətimizi qorusun!".

Bildirilir ki, xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müalicə xərclərini də Füzuli Məmmədov öz üzərinə götürüb.

Təqdimetmə mərasimi Müdafiə Nazirliyində baş tutub. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub.

Məlumatda o da bildirilir ki, ilin sonuna qədər 6 ailə evlə təmin ediləcək. Ümumlikdə isə 10 ailə evlə təmin olunacaq.