XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2017 - 17:13

Heydər Əliyevin Ukraynada diaspor fəaliyyəti ilə bağlı xəbərdarlığı niyə unudulub? –ÜAK-dakı vəziyyət bu ölkədə də təkrarlana bilər

Son on illiklərdə dünyada qloballaşamanın geniş vüsət alması diaspora fenomeninə diqqəti daha da artırıb. Əvvəllər diaspora etnik icma kimi daha çox kulturoloji, sosioloji hadisə olaraq öyrənilirdisə, son illərdə beynəlxalq münasibətlərin bir aktoru, aspekti kimi nəzərdən keçirilir.

Qloballaşmanın beynəlxalq münasibətlər sisteminə gətirdiyi yeniliklərdən biri də daxili birliyə, iqtisadi və kulturoloji potensila malik, təşkilatlanmış diasporanın ölkələrin daxili siyasi mühitə və xarici siyasət kursuna əhəmiyyətli təsiridir.

İnformasiya kommunikasiya texnologiyarlanın inkişafı,  iqtisadiyyatın qloballaşması və bu sahədə artıq milli sərhədlərin şərti rol oynaması diasporanın, etnik icmaların rolunu daha da gücləndirib. Müasir kommunikasiya vasitələri diaspora və etnik icmaları dərhal səfərbər etməyə, resursları birləşdirməyə imkan verir.  Etnik həmrəylikdən və identiklikdən doğan təşkilatlanma, fərdi və korporativ məsuliyyət diaspora təşkilatlarının daxili siyasi və iqtisadi proseslərdə fəal rol oynmasına yeni imkanlar açır.

 

Diaspora fəaliyyəti üçün yeni çağırışlar

 

Bu yeni imkanlar eyni zamanda yeni çağırışlar da meydana çıxarıb. Belə ki, yeni imkanlar diasporalar daxilində konsolidasiya prosesləri ilə yanaşı, mərkəzdənqaçma, rəqabət meyillərini də gücləndirir. Təsadüfi deyil ki, hazırda diasporal tədqiqatlarda məhz diaspora təşkilatlarının koordinasiyası, qarşılıqlı əməkdaşlıq şəraitində optimal fəaliyyət formalarının müəyyən edilməsi məsələləri ön plana çıxır. Nümunə kimi, Gürcüstanda 2012-ci ildə aparılan və nəticələrinin 2013-cü ildə təqdim edildiyi “Gürcüstan diasporasının tədqiqatı” adlı araşdırmanı qeyd etmək olar.

Tədqiqatda qeyd olunur ki, diaspora ilə münasibətlər strategiyasının əsaslarından biri də koordinasiyaya nail olmaqdır. Bu məsələlər 2011-ci ildə qəbul olunan Gürcüstanın Milli Təhlükəszik Konsepsiyasında da öz əksini tapıb.

Diasporal tədqiqatlarda diasporanın potensialından səmərəli istifadə edilməsi məhz daha optimal təşkilatlanma, daxili həmrəylik və yerli şəraitə daha yaxşı adaptasiya səviyyəsi ilə əlaqələndirilir. Bu proseslərin əlaqləndirilməsi və nizama salınması hazırda vacib məsələ kimi qarşıda durur.

Azərbaycan diasporu üçün də qeyd olunan məsələlər aktualdır və strateji vəzifələr kimi qarşıda durur. Diaspor daxilində vətən ölkənin irəli sürdüyü vahid dəyərlər sistemi və institusional əsaslarda həmrəylin təmin olunması, optimal təşkilatlanma və məskunlaşma ölkəsində daha yaxşı adaptasiya və loyallığın təmin olunması, effektiv qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması bu vəzifələrdəndir.

Bu istiqamətdə son illər əhəmiyyəli irlələyişlər əldə olunduğu danılmazdır. Son illər rəsmi Bakı və müvafiq dövlət qurumları bu istiqamətdə nəzərəçarpan irəliləyişlər əldə ediblər.

Bununla belə, Azərbaycan diasporu üçün ümumən xarakterik olan konkret şəxslərdən asılılıq, institusional inkişaf, koordinasiya problemləri qalmaqdadır. Diaspora fəaliyyətinin biznes kimi nəzərdən keçirilməsi və xüsusi imtiyazlar alınmasına vasitə kimi yanaşılması xarakterik neqativ xüsusiyyətlərdəndir. Eyni zamanda diaspor təşkilatlarının  diaspor fəaliyyətlərinə klassik və konservativ yanaşması da xüsusi qeyd edilməlidir.

 

UAK-ın acı təcübəsi və öyrənilməyən dərslər

 

Bütün bunlar Ukraynada Azərbaycan diasporunun fəaliyyətində özünü aşkar biruzə verir.  Ukraynadakı Azərbaycan diasporunun potensialı ilə  fəaliyyətini müqayisə etsək, görərik ki, nəticələr mövcud imkanlara adekvat deyil. Ukraynadakı Azərbaycan diasporu Rusiyadan sonra çoxsaylı olması, təşkilatlanma, sturkturlaşma səviyyəsi ilə seçilir. Digər tərəfdən SSRİ dağıldıqdan sonra Kiyevlə rəsmi Bakının beynəlxalq və geosiyasi məsələlərdə eyni mövqedən çıxış etməsi, GUAM çərçivəsində inteqrasiya Azərbaycan diasporunun fəaliyyəti üçün əlverişli mühit formlaşmasına zəmin yardıb.

Ukraynada Azərbaycan diasporuna, Rusiyadakından fərqli olaraq, müttəfiq ölkənin diasporu kimi baxıblar. Bütün bunlar Azərbaycan diasporunun fəaliyyəti üçün çox geniş müstəvi yardıb. Təsadüfi deyil ki, Konqres formatında ilk diaspora təşkilatı məhz Ukraynada yaranıb. 1999-cu il mart ayında yaranan Ukrayna Azərbaycanlıları Konqresi (UAK) diasporun təşkilatlanması baxımından çox uğulru təcrübə idi. Konqress 25 vilayətdəki azərbaycanlıları birləşdirə bilmişdi. Ukraynada əldə olunan bu konsolidasiya təcrübəsi və format sonradan Rusiyada da tətbiq olundu.

Belə uğurlu təşkilatlanma və format tapılmasına baxmayaraq, daxili vəhdət və struktur vahidliyini çox uzun müddətə saxlmaq mümkün olmadı. 2004-cü ildən başalayan fikir ayrılıqları 2016-cı ildə pik nöqtəsinə çatdı. 22 apreldə keçirilən konfransdan sonra UAK de-fakto iki hissəyə parçalandı. UAK-ın ilk sədri Oqtay Əfəndiyev və tərəfdarları 22 aprel konfransının nəticələrini tanımadılar. Bundan sonra UAK-ın 2006-cı il formatındakı kimi fəaliyyətini bərpa etmək mümkün olmadı.  Daha sonra UAK bazasında 20 fevral 2013-cü ildə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” ümumukrayna ictimai təşkilatı, 5 oktyabr 2013-cü ildə “Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi" ictimai təşkilatı  yarandı.

Kimin haqlı, haqsız, günahkar olması ilə bağlı detallara getmədən apardığmız təhlillər deməyə əsas verir ki, bu cür uğurlu bir formatda təşkilatlanmaya məhz şəxsi maraqların ön plana çıxması, Bakıdan kifayət qədər səmərli koordinasiyanın olmaması səbəbindən son qoyuldu. 

Digər tərəfdən, UAK-ın fəaliyyətinin təhlili göstərir ki, diaspora elitası diaspor fəaliyyətinə fərqli prizmadan yanaşıb. Diaspora elitası etnik icma həmrəyliyindən bir çox hallarda hansısa imtiyazlar,  biznes maraqlı üçün istifadə etməyə, yararlanmağa çalışıb. Etnik icmaların daxili həmrəyliyinə nail olmağa imkan verən dəyərlər yaradacaq fəaliyyət sərgilənməyib. Fərdi münaqişələr, biznes maraqları ön plana çıxıb.  Məhz bu səbəbdən UAK kimi çox böyük potensiala malik təşkilat cəmi 7 il sonra ən aşağı səviyyəli intriqalar platformasına çevrilib.

 

Mərhum Heydər Əliyevin xəbərdarlığı

 

20 iyul 2002-ci ildə mərhum prezident Heydər Əliyev Ukrayna azərbaycanlıları ilə görüşündə bununla bağlı öz xəbərdarlığını etmiş və baxışını açıqlamışdı. UAK rəhbəri O.Əfəndiyevin çıxışından sonra H.Əliyev ermənilərin zəif olması ilə bağlı deyilənlərlə əlaqədar iştirakçıların diqqətinə çatdırmışdı ki, Ukraynada azsaylı olmalarına baxmayaraq, gürcülər ölkə parlamentində 5 deputatla təmsil olunurlar, ermənilər isə Yalatda seçkilərdə hakimiyyəti öz əllərinə almaq istəyiblər və yalnız Kuçmanın xüsusi nümayəndə göndərməsi  bu prosesin qarşısını alıb. Heydər Əliyev diaspora nümayəndələrinin bu proseslərlə bağlı məlumatının az olduğunu da diqqətə çatdırmış və öz tövsiyələrini vermişdi: “Bilirsiniz, mənim bu sərt sullarımdan narahatçılıq keçirməyin. Və düşünməyin ki, bax, Heydər Əliyev gəldi və bizi tənqid etməyə başladı. Mən istəyirəm, Siz biləsiniz ki, etdiklərinzdən daha çox iş görməlisiniz”.

Ardınca H.Əliyev parçalanmağın, intriqabazlığın təhlükəsini xatırladaraq, öz xəbərdarlığını da etmişdi: “Bu xüsusiyyətlər hər kəsə xasdır. Xüsusən azərbaycanlılara. Buna görə bu haqda danışıram. Bir də ona görə deyirəm ki, başqa yerlərədə, məsələn, Rusiyada biz belə faktlarla tez-tez qarşılaşırıq. Moskavanın özündə hər kəs özü üçün Azərbaycan cəmiyyəti yaradıb. Bu yolverilməzdir. İşgüzar adamdır, pulu var, çox gözəl. Amma o bilməlidir onun apardığı iş hansı məqsədi güdür. Əgər o öz ətrafına müəyyən sayda azərbaycanlı yığıb öz işlərini görmək istəyirsə, bu, cəmiyyət deyil. Qoy özünə şirkət və s. açsın və işləsin. Əgər o, doğurdan da öz vətəni, xalqı və müstqəil Azərbaycan üçün nəsə etmək istəyirsə, bu zaman belə prinsiplə hərəkət etmək olmaz”. 

Hazırda Ukraynda Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müşahidə etdiklərmiz bir çox hallarda məhz H.Əliyevin görmək istəmədiyi mənzərəni xatırladır.

 

Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında yaranmış vəziyyət Ukraynada təkararlancaqmı?

 

Ukraynada  Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı yaranmış vəziyyət göstərir ki, yuxarıda qeyd olunan yeni dövrdə daisporalarla bağlı meydana çıxan çağrışlara adekvat addımlar atılmır.  Hətta ən strateji məsələlərlə bağlı diaspor təşkilatlarının diametral əks yanaşmaları üzə çıxır. Ən acınacaqlısı isə, diaspora fəaliyyətinin əlaqələndirilməsi konkret şəxslərin kaprizi, biznes, qohumluq, himayəçilik əlaqələri ilə şərtlənir. Konkret şəxslər şəxsi yanaşmasını əsas götürərək, diaspor fəaliyyətini yönləndirməyə çalışır,  "özgə-doğma" prinsipi ilə hərəkət edirlər. Bakıdan və Azərbaycan səfirliyindən isə müvafiq tənzimləmə və əlaqələndirmə siyasəti nəzərə çarpmır. Yaxud belə səylər varsa, onda onlar səmərli deyil.

Nəticədə biz kompomat savaşı, lüzumsuz yerə enerji sərf edilən lazımsız rəqabət mühtinin yaranmasının şahidiyik. Biz sağlam rəqabət, yarış əvəzinə, eqoların, himayəçilik nüfuzlarının mübarizəsini müşahidə edirik. Bu vəziyyət yalnız cari fəaliyyətə ziyan vurmur,  eyni zamanda perspektivi təhlükə altına salır, diasporun işinə kənar müdaxilə üçün formal bəhanələr verir, Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında yaranmış vəziyyətin Ukraynada da təkrarlanmasına yol açır…  

Onsuz da ermənilər Azərbaycan təşkilatlarının hər addımını izləyir,  hətta məclislərdə sağlığa badə qaldırsalar da, dərhal arxadan vurcaqları xəncəri də istənilən an qaldırmağa hazırdırlar.

 

Zaur   İbrahimli

Strateq.az