Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.
APA-nın "Al-Arabiya”ya istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.
Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı, Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. İran sammitə dəvət edilməyib.