XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 20:55

Trampla Ərdoğanın 20 dəqiqə çəkən qısa görüşü və brifinqdə verilən ilk mesajlar –VİDEO

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Ərdoğanla Trampın bu dəqiqələrdə görüşü başlayıb.

Strateq.az bildirir ki, Ərdoğanı çox isti qarşılayan Tramp deyib ki, "Ərdoğanla uzun və çətin görüşümuz olacaq, ancaq Türkiyə ilə münasibətlərimizi daha da gücləndirəcəyik". 

İki lider 20 dəqiqə çəkən ilk qarşılanma mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib.

Tramp brifinqdə Türkiyə əsgərlərinin vaxtı ilə Koreya ilə savaşda ABŞ-a dəstək olduqlarını hələ də unutmadıqlarını vurğulayaraq, ikitərəfli münasibətləri daha da dərinləşdirəcəklərinin mesajını verib. ABŞ prezidenti Türkiyənin narahat olduğu PKK məsələsinə də toxunub. Bildirib ki, ABŞ PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə Türkiyənin yanındadır: "YPG məsələsində də Türkiyənin narahatlığını aradan qaldırmaq üçün çalışacağıq".

Ərdoğan isə çıxışında iki dəfə Trampı prezident seçkisindəki qələbəsi münasibətiylə təbrik edib. O, Yaxın Şərqdəki vəziyyətdən daha çox danışıb. Ərdoğan Suriyanın ərazi bütövlüyü, bölgədə təhlükəsizlik zolağı, İŞİD-lə birgə mübarizə mövzularında ABŞ-la birgə yeni səhifə açacaqlarına inandığını vurğulayıb.

Bundan sonra hər iki lider görüşü qapalı qapılar arxasında davam etdirmək üçün brifinqi tərk ediblər.