XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 17:16

Moskva Suriyaya 60 min müsəlman hərbçi göndərəcək –Rusiya əsasən çeçen və inquşlardan istifadə edir

Mərvan əş-Şamali

"Al-Watan Saudi Arabia" (Səudiyyə Ərəbistanı), 17.05.2017


Xəbərdar qaynaqların məlumatına görə, Rusiya Şimali Qafqaz respublikalarının təmsilçiləri sırasından əsasən sünni müəslmanlardan 60 minə yaxın hərbçi hazırlayıb və onları Suriyada yerləşdirəcək. Bu qüvvənin birinci hissəsi artıq polis kimi Hələbdə xidmət edir, Palmira yaxınlığında Barrada vadisinin şərqində isə "TURAN" adlı müsəlman batalyonu formalaşdırılıb.

"Business Insider" portalının reportajına əsasən, Moskva Suriyada öz rolunu gücləndirməyə başlayıb. Rusiya hərbi bazalarının xeyli genişləndirildiyi haqda məlumata işarə edilir, eyni zamanda Kremlin adından mübarizə aparan özəl şirkətlərin sayı çoxalır. Materialda qeyd olunur ki, ən mühümü bu faktdır ki, Putin Çeçenistan və İnquşetiyadan çoxlu miqdarda bölmələr göndərir ki, İran yaraqlılarından yaxasını qurtarsın. Rusiya nizami qoşunlarının Suriyada iştirakı bu yaxınlara qədər xeyli məhdudlaşdırılmışdı. Hazırda göndərilməkdə olan bu batalyonlar indiki anda bütün Suriya boyu Rusiyanın sünni müsəlmanlarından formalaşdırılmış seçmə quru qüvvələri yerləşdirən Moskvanın strateji addımını ifadə edir. Kremlin yeni batalyonlarının gerçək həcmi hələ də qeyri-müəyyən qalır.

Əvvəlcə məlumat verilirdi ki, dekabrda Suriyaya göndərilmiş çeçenlərin sayı 500-ə yaxındır, halbuki bəzi dəyərləndirmələrə görə, inquşlarn sayı bir qədər az idi – təxminən, 300 nəfər.

Praqadakı Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Mark Qaleotti hesab edir ki, “bu, Moskvanın bataqlıqda ilişməsinin bağırtılı etirafıdır”.

Bu qüvvələrin səfərbərliyi Şimali Qafqaz sakinlərinin əksərən müsəlman olması səbəbindən Moskvaya daha bir önəmli üstünlük verəcək.

Moskva 2016-cı ilin dekbarında ilk bölmələrin gəldiyi andan  onların suriyalılarla ümumi dinini öz maraqları üçün istifadə etməyə can atır. Döyüşçülər islam sözləri və ərəb adlarının işlədilməsinin gərəkdiyi haqda məlumatlandırılıb ki, əhali ilə daha dostyana münasibət qurulsun. Suriya və Rusiya əsgərləri arasındakı ümumi inancın istismarında növbəti cəhd rus əsgərlərdən birinin islamı qəbul etydiyi haqda bildiriş olub.

Çeçen batalyonlarının yerləşdirilməsinin Rusiyanın Suriya müdaxiləsində yeni mərhələni ifadə etdiyinə baxmayaraq, Moskvanın müsəlman amilindən istifadə ideyası yeni deyil. Əvvəllər Moskva ilə ərəb ölkələri arasında əlaqələndirici həlqə bu çərçivədə Putinin adından rəsmi səfərlər həyata keçirən və ərəb yatırımçıları Çeçenistan paytaxtına cəlb edən Çeçenistan lideri Ramzan Kadırov idi. Müsəlman qüvvələrin göndərilməsi indiyədək ayr-seçkiliklə və dəqiq keçirilib. Onlar ancaq Moskvanın Suriyada öz məqsədlərinə çatmaq üçün daha önəmli saydığı bölgələrdə görünüb və iştirak ediblər. Ehtimal cüzidir ki, Şimali Qafqazdan batalyonlar ən yaxın vaxtlarda böyük rol oynayacaq, lakin onların vasitəsilə Suriyadakı nüfuzunu daha da genişləndirə biləsi  Moskva strategiyasının avanqardında işləyəcək.

 

Tərcümə Strateq.az-ındır.