XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 21:46

Ramiz Mehdiyev Patruşevlə görüşdü – Əməkdaşlıq planı imzalandı
mehdiyev-11.jpg
 
Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.
 
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin  perspektivləri müzakirə olunub.
 
Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün  əməkdaşlıq planını imzalayıblar.