XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 19:16

Xomeyni ailəsi tabunu pozdu –Seçkiyə iki gün qalmış Ruhanini dəstəklədi

 

Ruhullah Fəqihi

"Al-Monitor"

 

Seyyid Həsən Xomeyni – İslam Respublikasının qurucusunun nəvəsi 19 May seçkilərində ikinci müddətə seçilmək istəyən mötədil Həsən Ruhaniyə dəstək verdiyini açıqlayıb. Bu addım Xomeyni ailəsi üçün görünməmiş hadisədir.

Siyasət və İslama daha mülayim fikirləri ilə yanaşan gənc Xomeyni yaşıdları arasında getdikcə daha çox məşhurlaşır.

Videomesajında Xomeyni mötədil hökumətin iqtisadiyyatın idarə edilməsində uğurlu olduğunu irəli sürərək, insanları bir daha Ruhaniyə dəstək verməyə çağırıb.

2016-cı ilin fevralında H.Xomeyninin Ekspertlər Şurasına seçkilərdə namizədliyi qeydə alınmayıb, yoxsa prezidentliyə namizədlərin yoxlanılmasında o da iştirak edərdi.

Ondan bir gün əvvəl, mayın 15-də İranın ən məşhur simalarından biri hesab olunan sabiq islahatçı prezidenti (1997-2005) Seyyid Məhəmməd Xatəmi insanları səslərini Ruhaniyə verməyə çağıran və ona dəstək ifadə edən videomesaj yayıb.

Mötədil mühafizəkar Əli Əkbər Natiq Nuri də açıq şəkildə Ruhaniyə dəstəyini bildirib. Mayın 16-da hazırda ali lider Ayətullah Əli Xameneinin Təftiş İdarəsinin rəhbəri olan Natiq Nuri də prezidentliyə namizədlər arasında ən uyğun adam kimi insanları Ruhaniyə səs verməyə çağırıb.

Bu üç görkəmli siyasi xadim yanvar ayında vəfat edən sabiq prezident Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin özündən sonra buraxdığı boşluğu doldurmaq cəhdi üçün uğurlu trio qurub. Rəfsəncaninin böyük siyasi təsiri vardı və onun himayədarı kimi Ruhaninin əsas dəstəkçisi idi.

Trio, deyəsən, səsləri çox mühüm olan "boz seçicilər"i razı salmağa çalışır. İran siyasi leksikonunda "boz seçici" adətən, səs verməyən, lakin seçkilərdə iştirak edərkən, yelləncək kimi sonda hansısa namizədi irəli çıxaran vətəndaşlardır. 2013-cü ildə, məsələn, Ruhani onların hesabına seçkidə qalib gəldi.

Həmçinin xatırladaq ki, Rəfsəncani saği ikən nə Natiq Nuri, nə Xomeyni Ruhaniyə aydın və açıq dəstək verməyib. Beləliklə, onların qərarı çox güman ki, mühafizəkar və dindar seçicilər arasında hazırkı prezidentə səs qazandıracaq.

Başqa bir mühüm hadisə birinci vitse-prezidenti və prezidentliyə namizəd İshaq Cahangirinin missiyasının başa çatması və Ruhaninin xeyrinə namizədliyini geri götürməsidir. "Mən sizdən seçkilərdə təsirli iştirak ilə prezident və hökumətə yardım etməyi xahiş edirəm",deyə o, seçicilərə müraciət ünvanlayıb.

Həmin gün İranın şimal-qərbindəki Ərdəbil şəhərinə səfərdə olan Ruhani namizədliyini onun üçün fəda edən İ.Cahangiriyə təşəkkür edib.

Eyni zamanda, seçkilərə iki gün qalmış ali lider deyib: "Region ölkələrinə baxın. İrandan başqa, etibarlı yer tapa bilərsiniz? Bu ölkələrlə müqayisədə, yalnız İran İslam Respublikası sülh və təhlükəsiz şəraitdə seçkilərə hazırlaşır". 

 

Tərcümə: Strateq.az