XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2017 - 11:21

Bu gün Tramp müsəlman ölkələrin regional sammitində çıxış edəcək –Səudiyyə Ərəbistanında

ABŞ prezidenti Donald Tramp mayın 21-də Ər-Riyadda müsəlman ölkələrin regional sammitində çıxış edəcək. 

Sammitdə Səudiyyə kralı Salmanla yanaşı, 50-dən çox lider iştirak edir.

Gözlənir ki, Tramp ekstremizm və dözümsüzlüklə mübarizədə vahid mövqe sərgiləməyə çağıracaq. “Associated Press” xəbər agentliyi nitqin mətnini əldə edib.

Bu çıxış ABŞ prezidentinin ilk xarici səfərinin əsas məqamı sayılır və diqqətlə izlənəcək. Çünki prezident kampaniyası dövründə Tramp müsəlmanlara qarşı çıxışlarıyla diqqət çəkib. O, daha sonra 7 müsəlman ölkəsindən gələnlərin ölkəsinə girişinə müvəqqəti qadağa qoymağa çalışıb, amma alınmayıb. Səudiyyə Ərəbistanı həmin siyahıya daxil deyil.

Gözlənir ki, Tramp bugünkü çıxışında müsəlman dünyasında radikallığa qarşı mübarizədə birliyə çağıracaq. Nitqdə “radikal islamçı terror” sözlərinin olmadığı bildirilir.

Azadliq.org