XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2017 - 16:34

ABŞ-ın Çindəki 20 casusu yoxa çıxıb –Mərkəzi Kəşfiyyat iki ehtimal üzərində "baş sındırır"

ABŞ yetkililəri Çinin 2010-cu ildən bu günə qədər Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA/MKİ) Pekindəki 20-yə yaxın kəşfiyyatçısını ya öldürdüyünü, ya da həbs etdiyini bəyan edib.

Strateq.az xəbər verir ki, bu xəbəri "New York Times" yayıb.

Qəzet bildirir ki, Amerikanın kəşfiyyat dönəminin ən pis illəri sayılan 2010-2017-ci illərdə Çində fəaliyyət göstərən 20-yə yaxın casus yoxa çıxıb: "Onlar Çin tərəfindən ya öldürülüb, ya da həbs olunublar. Yəni hazırkı durumları haqda hər hansı bir dəqiq rəsmi məlumat yoxdur".

Məlumatda o da iddia olunub ki, yoxa çıxan  20-yə yaxın casusun taleləri ilə bağlı MKİ iki ehtimal üzərində işləyir:

"Birinci ehtimal odur ki, MKİ daxilindən həmin casusların adları Çinə satılıb. Digər ehtimal isə odur ki, Çin MKİ-nin xarici qaynaqlarla əlaqə qurulmasında iistifadə etdiyi sistemə sızıb. Ancaq düz 7 ildir ki, MKİ bu ehtimallardan hansının gerçək olduğunu dəqiqləşdirə bilmir. Fakt isə odur ki, Çinlə işləyən 20 casusun ölməsi və ya həbs edilməsi MKİ-yə bəlli deyil".

Strateq.az