XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 00:38

Ərdoğanla bağlı müəmmalı xəbər yayıldı:"Qəfildən görüş proqramlarını ləğv edib"

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci illiyinə həsr olumuş sammitdə iştirak edən üzv ölkələrin dövlət və hökumət başçıları şərəfinə Dolmabahçə sarayında təşkil olunan ziyafətə qatılmayıb.

Ziyafətə TBMM sədri İsmayıl Qəhrəman və baş nazir Binali Yıldırım qatılıb.

Sammitdən sonra Ərdoğanın Rusiya baş naziri Dmitri Medvedev və Yunanıstan prezidenti Prokopis Pavlopulosu qəbul etməsi gözlənilsə də, bu görüşlər də ləğv edilib.

Ərdoğanın Türkiyə vaxtı ilə 17: 30 radələrində Mabeyn köşkündən çıxaraq evinə yollandığı bildirilir.

azadliq.info