XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 01:13

Çevrilişdə ittiham olunan general:"Kaş öləydim, ancaq bu şəkildə ittiham olunmayaydım"

Xəbər verdiyimiz kimi, Türkiyədə 15 iyul tarixində baş verən dövlət çevriliş cəhdinə görə ittiham olunan 221 nəfərdən ibarət FETÖ üzvlərinin məhkəməsi başlayıb.

Strateq.az "Haberturk"ə istinadən xəbər verir ki, Ankara 17-ci Ağır Cəza Məhkəməsində başlayan prosesdə ilk olaraq çevrilişin hərbi qanadının bir nömrəli təşkilatçısı hesab olunan hava qüvvələrinin sabiq komandanı, general Akın Öztürk ifadə verib.

O, bu günə qədər hərbi andına sadiq olduğunu və bu anda uyğun vəzifəsini icra etdiyini iddia edib:

"Vətən xainliyi ittihamı ilə təqsirləndirilməyim mənə ən böyük cəzadır. Uca millətim, məni yetişdirən komandirlərim və silahdaşlarım yaxşı bilsin ki, bu xain çevriliş  cəhdinə heç bir dəstəyim olmayıb. Hətta bundan xəbərim belə yox idi. Mən bu rütbə və yaşa gəlmiş bir əsgər olaraq, silahdaşlarıma, vətəndaşlarıma silah doğruldacaq biri deyiləm. Yenə deyirəm, bu xain çevriliş cəhdiylə heç bir bağlantım və əlaqəm yoxdur. Eyni şəkildə acılarını paylaşıram. 46 illik həyatım boyu çox tez-tez ölümlə burun-buruna gəldim. Kaş öləydim, ancaq bu şəkildə ittiham olunmayaydım. Ürəyim çox ağrıyır. 15 iyul gecəsi baş verənlərlə ölkəmiz və millətimiz bir travma yaşamışdı".

Onu da qeyd edək ki, proses zamanı hakim Akın Öztürkün şəxsi məlumatlarını dəqiqləşdirən zaman, o, ev ünvanı haqda suala belə cavab verib: "Ünvanımı bilmirəm, həbsdəyəm".

Bu anda 15 iyul hadisələrində şəhid olan Mucip Arıkanın anası salonda təqsirləndirilənlərə dönərək "Bu vətən xainlərini öldürün", – deyə, ucadan çağırış edib. Hakim şəhid anasını sakitləşdirə bilmədiyi üçün onun salondan çıxarılmasına göstəriş verib.

Strateq.az