XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 13:37

“Partlayışda ölən və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur” –XİN

"Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.

Bunu  Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, – deyə, o, əlavə edib(APA).

Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.