XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 15:56

Mogerinidən erməni nazirlə görüşdə mühüm mesaj:"Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil".

Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquq əsasında siyasi həllini tapmalıdır:Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.

APA