XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 22:51

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” – Samir Şərifov Londondan mesaj verdi

“Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”.

“Reuters” xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini “sahmana salmalıdır”.

 "Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, – deyə, o bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi – 76,7%, Aqrarkredit – 14,6%) çatıb.  

APA