XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2015 - 11:32

General Hilal Əsədov da vəzifəsindən azad edilib? – MTN-in Mahmudovun dəstəsindən təmizlənmə prosesi davam etdirilir

Hilal-Esedov.jpg

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub. 

Bu haqda ilk məlumatı lent.az saytı yayıb.

Strateq.az isə öz mənbələri vasitəsi ilə dəqiqləşdirib ki, bir neçə gün əvvəl onun vəzifədən azad olunması üçün təqdimat hazırlansa da, Hilal Əsədov bugünədək ciddi nəzarət altında MTN-ə gəlib-gedirmiş və yalnız bu gün səhər saatlarında kabinetində yır-yığış edərək, oranı tərk edib.

Hazırda MTN əməkdaşları arasında da Hilal Əsədovun vəzifədən uzaqlaşdırıldığı haqda xəbər yayılsa da, rəsmi qurumlar hər hansı informasiya verməkdən yayınırlar.

Xatırladaq ki, Hilal Əsədovun “Mahmudov və dəstəsi”nin işinə görə vəzifədən uzaqlaşdırılacağı ilk günlərdən gözlənilirdi, ancaq onun MDB xüsusi xidmət orqanları rəhbərlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanı təmsil etməsi faktı bu fikirləri arxa plana keçirmişdi.

Belə görünür ki, Prezident İlham Əliyev Eldar Mahmudovun bütün şəbəkəsini MTN-dən və digər dövlət qurumlarından təmizləmək niyyətindədir və sadəcə, cəmiyyətdə ciddi ajiotaj yaranmasın deyə, prosesi mərhələ-mərhələ aparmaq taktikası seçib.

Strateq.az