Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.
Strateq.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur:
"Yanğın geniş ərazini əhatə edir. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradır".