Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı BMT-nin üçüncü ölkələrdə sülhməramlı qüvvələr missiyasında iştirakla bağlı mandat almaq üçün danışıqlar aparır.
Strateq.az bildirir ki, bu barədə KTMT-nin rəhbəri Yuri Xaçaturov TASS-a bildirib.
Onun sözlərinə görə, KTMT özünün 3500 nəfərlik sülhməramlı potensialına malikdir. Bu qüvvələr təkcə KTMT üzvü olan ölkələri ərazisində deyil, həmçinin BMT mandatı ilə üçüncü ölkələrədə əməliyyatlar keçirmək üçün nəzərdə tutulub.
“Hazırda biz BMT ilə birgə KTMT sülhməramlı qüvvələrindən üçüncü ölkələrədə sülhü dəstəkləmək üçün istifadəsinə imkan verən hüquqi məsələləri həll edirik”, -deyə, Xaçaturov bildirib.