XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2017 - 22:24

Avropa Parlamentinin rəsmisi Ermənistanda mesaj verdi:"Qarabağ münaqişənin hərbi yolla həlli yoxdur"

"Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır".

Bu barədə İrəvanda səfərdə olan Avropa Parlamentinin (Aİ) Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.

Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.

"Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ, tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”, – deyə, komitə rəhbəri qeyd edib.

APA