XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2015 - 12:57

Türkiyədə G-20 sammiti öz işinə başladı – Sabah “Antalya Fəaliyyət Planı” qəbul ediləcək

G-20-15-1.jpg

Dünyanın 20 ən böyük iqtisadiyyatına malik ölkələrinin dövlət və hökumət başçılarını bir araya gətirən “Böyük iyirmiliyin” (G-20)  Antalya sammiti qonaqların toplantıdan əvvəl kollektiv şəkil çəkdirməsi ilə başlayıb. Prezident Ərdoğan dövlət və hökumət başçılarını toplantının keçirildiyi Regnum Oteldə bir-bir qarşılayıb. Ev sahibi kimi Ərdoğanın sağında ABŞ prezidenti Barak Obama, solunda isə G-20-nin 2016-cı ildəki sammitinin ev sahibi olacaq çinin lideri Si Tsizipin yer alıb.

Sammitiə 2469 nəfər KİV təmsilçisi və 10 mindən çox qonaq gəlib.

Builki sammitin 3 əsas mövzusu qlobal iqtisadiyyatın gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrin əməkdaşlığının gücləndirilməsi, investisiyalar və qəbul olunmuş qərarların icrası ilə bağlıdır.

Qeyd edək ki,  ev sahibi kimi Türkiyənin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev də G-20 sammitində iştirak edir.

Sammitlə paralel olaraq Suriya qaçqınları ilə bağlı panel müzakirələri keçiriləcək. Bu müzakirələri Ərdoğanın həyat yoladaşı Əminə Ərdoğan açacaq. O, həmçinin dövlət və hökumət başçılarının həyat yoldaşları üçün ziyafət verəcək.

Sabah isə G-20-də “İqtisadi inkişafda sabitliyin artırılması” mövzusunda keçiriləcək müzakirələrdə maliyyə tənzimləmələri, beynəlxalq vergilər, korrupsiyaya qarşı mübarizə, Beynəlxalq Valyuta Fondunda islahatlar aparılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Eyni zamanda ticarət və energetika məsələri müzakirə olunacaq.  Bu məsələlərlə bağlı “Antalya Fəaliyyət Planı” qəbul ediləcək.

Sammitin yekunları ilə bağlı eh sahibi kimi prezident Ərdoğan mətbuat konfransı keçirəcək. 

G-20-15-2.jpg

Strateq.az