XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Noyabr 2015 - 03:33

Ərdoğan Bəşər Əsədin getməsində israr edir – “Bu şərtdir”

putin-erdoqan-9.jpg

Bu gecə Antalyada Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan bildirib ki, Suriyada Bəşər Əsəd hakimiyyəti dəyişməsə regionda problemlər artacaq.

“Report” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Bakı saatı ilə 02.20-də başlayan görüş zamanı Türkiyə prezidenti bəyan edib ki, Suriyada hakimiyyətə “xalqın istədiyi şəxs gəlməlidir”.

Onun sözlərinə görə, Hələb şəhəri ətrafında hazırda baş verən döyüşlər bölgədə yeni miqrant dalğası yaradacaq. “Sabitliyə nail olmaq və miqrant problemini həll etmək üçün Suriyada yeni siyasi rejim formalaşmalıdır. Bu şərtdir”, – deyə Ərdoğan vurğulayıb.