XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 01:22

Tramp ABŞ-a dönüb mətbuatın üstünə düşdü –"Müharibə otağı" yaradılır

ABŞ prezidenti xarici səfərindən döndükdən sonra ilk günənə mətbuatı tənqid etməklə başlayıb.

Strateq.az Amerikaninsesi.org-a istinadən xəbər verir ki, Donald Tramp mətbuatı Ağ Evdə qalmaqal, onun yardımçılarının istintaqı və Rusiya ilə əlaqələrinə dair yalan xəbərlər yaymaqda günahlandırıb.

Prezident Twitter hesabında səfərini "Amerikanın böyük nailiyyəti" adlandırıb. O yazıb ki, çətin olsa da, böyük nətcələr əldə edilib.

Mətbuata gəlincə isə, Tramp "Ağ Evdən məlumatların sızdığı uydurmadır. Bu xəbərlər #FakeNews media tərəfindən yayılır. "Mənbələrin bildirdiyinə görə'" ifadəsi gördükdə bunun yalan xəbər olduğu anlaşılır. #FakeNews düşməndir!"- deyə yazıb.

ABŞ dövlət başçısı vətəninə döndükdən sonra Ağ Ev onun seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olduğuna dair ittihamlara cavab olaraq aktiv səylər görməyi planlaşdırır.

Trampın müşavirləri onun noyabrda keçirilən prezident seçkilərindən əvvəl və sonra Rusiya ilə əlaqələri ilə bağlı söz-söhbətə qarşı mübarizə aparmaq üçün “müharibə otağı”, yəni siyasi strategiyanın planlaşdıran komanda yaratmağı planlaşdırır.

Eyni zamanda isə Trampa yaxın administrasiya rəsmilərinin "Reuters"ə verdiyi məlumata görə, onlar Ağ Evə yeni məsləhətçilər gətirir.