XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2017 - 13:32

Fazil Mustafa ilə Qulu Məhərrəmlinin “tarixi şəxsiyyətlər” müzakirəsi:"Belə bir dürüst baş nazir obrazını niyə təqdim etməyək?" - VİDEO

GünazTV-nin mayın 25-də efirə gedən "Mətbuat Aynasında" proqramının budəfəki qonağı Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub.

Strateq.az xəbər verir ki, "Mətbuatda tarixi şəxsiyyətlərə münasibət" mövzusunun müzkirəyə çıxarıldığı verilişdə tanınmış teleaparıcı Qulu Məhərrəmli ilə millət vəkili Fazil Mustafa arasında təkcə mətbuatın tarixi şəxsiyyətlərə münasibətinin necə qurulmalı olduğunun vacibliyi haqda deyil, həm də Azərbaycanın müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş insanlar – ictimai-siyasi xadimlər, yazarlar, hərbçilərlə bağlı çox maraqlı fikirlər səsələndirilib.

Həm aparıcı kimi Qulu Məhərrəmlinin, həm də verilişin qonağı Fazil Mustafanın mövzu barədə kifayət qədər hazırlıqlı olmaları diskussiyanı olduqca maraqlı və baxımlı edib.

Strateq.az həmin verilişin videoyazısını təqdim edir: