XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 15:26

MDB dövlət başçılarının sammiti olacaq –Tarix açıqlandı

MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti sammiti oktyabrın 11-də Soçidə keçiriləcək.

Bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Minskdə bildirib.

Məlumata görə, bu gün Minskdə MDB-nin daimi nümayəndəliyinin iclası başlayıb. Toplantıda MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir.

“MDB ölkələri prezident administrasiyalarının istəyini nəzərə alaraq, Dövlət Başçıları Şurasında ən vacib məsələlər müzakirə ediləcək”, – deyə S.Lebedev vurğulayıb/Report.