XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 06:20

Tramp əleyinə “Həqiqət Uğrunda Yürüş”lər başladı –Rusiya ilə əlaqələrin ciddi araşdırılması tələb edilir

Şənbə günü ABŞ və dünyanın 135-dən çox şəhərində etirazçılar ötən il keçirilən prezident seçkisinin Donald Trampın xeyrinə nəticələnməsinə təsir göstərməsi üçün prezident Donald Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqənin qərəzsiz bir şəkildə təhqiq edilməsini tələb edib.

“Həqiqət Uğrunda Yürüş” adlı etirazlar Qadınların Yürüşü və Amerikanın Mütərəqqi Demokratları daxil olmaqla 17 fəal qrupdan ibarət milli koalisiya tərəfindən təşkil olunub.

Koalisiya qərəzsiz istintaqa nəzarət edəcək müstəqil komissiyanın yaranmasını və konqresin apardığı təhqiqatların “lazım olan imkanlarla təmin edilməsini və partizan maraqlarından azad edilməsini” tələb edir.

Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələri və Moskvanın seçkiyə müdaxiləsi ilə bağlı Konqresdə dörd ayrı istintaq aparılır. Bundan əlavə Ədliyyə Nazirliyi keçmiş FBI direktoru Robert Muelleri Tramp kampniyasının köməkçilərinin Rusiya ilə qanunsuz əlaqə qurub-qurmadığını araşdıran istintaqa başçılıq edəcək xüsusi məsləhətçi təyin edib.

Bu istintaqlar ABŞ kəşfiyyat rəsmilərinin Rusiyanın ötən il, təhlilçilərin dediyinə görə, Vladimir Putinin nifrət bəslədiyi demokrat namizəd Hillari Klintonun seçki kampniyasına ziyan vurmaq məqsədilə Demokratların Milli Konvensiyasının kompyuter serverlərinə hücum etdiyini açıqlamasından sonra başlayıb.

Tramp Rusiya ilə əlaqələri inkar edir, ABŞ kəşfiyyat icmasının Putinin noyabr seçkilərinə müdaxilə etmək əmri ilə bağlı qənaətini isə rədd edir. Putin dəfələrlə Kremlin seçkilərə müdaxilə etdiyinə dair heç bir dəlilin olmadığını deyib.

“Həqiqət Uğrunda Yürüş”ün təşkilatçıları Trampın vergi sənədlərini açıqlamasını tələb edir. Tramp dəfələrlə onları açıqlamağı rədd edib. Tənqidçilər isə deyir ki, onun vergilərini açıqlamağı rədd etməsi vətəndaşlarda maraqların toqquşması və ya onun vergi qanunun özünün xeyrinə olacağına dair şübhələr yaradır. ABŞ prezidentlərini vergilərini açıqlamağa vadar edən qanun isə mövcud deyil.

“Həqiqət Uğrunda Yürüş” Tramp seçiləndən bəri ona qarşı keçirilən bir çox həftəsonu nümayişlərindən ən sonuncusudur. Bunlardan ən böyükləri yanvar ayında keçirilən Qadınlar Yürüşü və aprel ayənda keçirilən Elm Uğrunda Yürüşdür.

Şənbə günü Tramp tərəfdarları da nümayiş keçirib. Ağ Evin önündə ABŞ-ın Paris iqlim sazişindən geri çəkilməsini qeyd etmək məqsədilə “Paris deyil, Pittsburq” adlı etiraz aksiyası keçirilir.

Cümə günü Tramp qlobal iqlim sazişindən geri çəkilmək qərarını açıqlayaraq, Paris razılığına tərəf olmayan üç ölkədən biri oldu. Digər iki ölkə Suriya və Nikaraquadır.

Amerikanınsesi.org