XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2017 - 21:11

Səudiyyə Ərəbistanından Qətərə qarşı daha bir sərt addım –"Əl-Cəzirə"nin də ofisini bağladılar

Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət nazirliyi Qətərin "Əl-Cəzirə" telekanalının Səudiyyə Ərəbistanındakı ofisinin bağlanması və telekanalın bu ölkədə yayımı ilə bağlı lisenziyanın ləğvi haqqında qərar verib.

Qərar Əl-Cəzirənin terror təşkilatlarının planlarını təşviq etməsi, Yəməndəki Husi silahlılarını dəstəkləməsi, Səudiyyə Ərəbistanının daxili işlərinə qarışması və qarşıdurma yaratması səbəbi ilə əlaqələndirilib.

Telekanaldan hələlik bununla bağlı heç bir açıqlama gəlməyib/Trend.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.