XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 12:57

İranı qəlbindən vuran iki ardıcıl terror hadisəsi: “7 nəfər öldürülüb, yaralılar var” –Hadisə yerindən ilk FOTOLAR

"İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Strateq.az xəbər verir ki, İran dövlət televizyası eyni anda edilən hücumu 4 terrorçunun törətdiyini bildirib.

İran mətbuatında yazılan digər xəbərə görə, terror hücumu nəticəsində 7 nəfər öldürülüb, yaralılar var.

"İran parlamentinə edilən hücum zamanı terrorçu 4 nəfəri girov götürüb".

Bunu isə İranın "Press TV" mediası bəyan edib. Bildirilib ki, parlamentdə 4 nəfəri girov alan terrorçu daha sonra özünü partladıb.

Strateq.az İran parlamenti və Xomeyninin türbəsində baş verən hadisə ilə bağlı ilk çəkilmiş fortoları da təqdim edir: