XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2017 - 12:49

Gürcüstan DTX-si YAP-çı deputatı pis vəziyyətdə qoydu:"Söylədikləri həqiqətəuyğun deyil"

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat verib.

Strateq.az bildirir ki, DTX  Əfqan Muxtarlının tutulmasının gürcü-Azərbaycan tərəfinin xüsusi əməliyyatı olduğunu deyən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirovun söylədiklərini təkzib edib: “Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirovun dedikləri həqiqətə uyğun deyil.  Təhlükəsizlik Xidməti qəti şəkildə deputatın bu məlumatını təkzib edir və bəyan edir ki, Əfqan Muxtarlının işi ilə bağlı məsələyə heç bir bağlılığı yoxdur”.

Gürcüstan DTX-sı onu da bildirib ki, jurnalist Əfqan Muxtarlı ilə bağlı Gürcüstan DİN-i cinayət işi açıb və hazırda araşdırma aparılır.