XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2017 - 01:34

Makronun partiyası zəfər qazandı, əsas rəqibi isə rüsvayçı səs aldı –Fransada seçki (FOTOLAR)

Fransada keçirilən birinci tur parlament seçkilərində Prezident Emmanuel Makronun “Respublika ilə irəli" Hərəkatı (LRM)  32.2 faizlik səslə qələbə qazanıb.

Strateq.az xəbər verir ki, bu barədə "Fransa-2" telekanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, Makronun liderlik etdiyi hərəkat Demokratik Hərəkatla (MODEM) birgə qatıldığı seçkidə qazandığ qələbə sayəsində parlamentdə təmsil olunacaq 577 deputat mandatından 390-430 arası yerə sahib olacaq.  

Seçkidə xüsusi maraqla izlənilən prezidentliyə sabiq namizəd, hazırkı prezident Makronun əsas rəqibi olan Marin Le Penin rəhbərlik etdiyi  “Milli cəbhə” partiyası isə ciddi uğursuzluqla üzləşib. Bu partiya qazandığı səslərlə  3-10 deputat mandatına sahiblənəcək. 

İkinci yerdə mərkəz sağ partiyası sayılan “Respublikaçılar” gəlir. Bu partiya 1-ci turda qazandığı səslərlə 85-125 arası mandat qazanıb.

Xatırladaq ki, seçkinin növbəti turu 18 iyunda keçiriləcək.