XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 10:32

Qətər XİN:"Rusiyanın köməyinə ehtiyacımız yoxdur, Türkiyənin yardımı bizə yetərlidir”

Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl Sani Rusiyanın yardımına ehtiyaclarının olmadığını deyib.

Avropa.info xəbər verir ki, əl Sani bunu Moskva səfəri zamanı “Rossiya 24” telekanalına verdiyi müsahibədə deyib.

“Rusiya bizə kömək təklif etdi. Ancaq bu gün Rusiyanın köməyinə ehtiyacımız yoxdur. Hazırda Türkiyənin yardımı bizə yetərlidir” – əl Sani belə deyib.

Əl Sani Qətər xalqının Körfəz ölkələri tərəfindən tətbiq edilən embarqonun nəticələrini hələ hiss etmədiyini, hər kəsin əvvəl olduğu kimi yaşamağa davam etdiyini də bildirib.