XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 14:30

“Ən böyük bəlamız odur ki, hər şeyin arxasında korrupsiya axtarırırıq” –Spiker

Azərbaycanda “Təhsil haqqında” qanuna mühüm dəyişikliklər təklif edilir.

Qanunun 22.3-1-ci maddəsinə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları təşkil olunur.

Qanunun 26.2 maddəsinə “təhsil müəssisələrin” sözlərindən sonra “həmçinin hazırlıq qruplarına” sözləri əlavə edilir..  Həmçinin 26.5-1 maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.  Burada tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfndən müəyyən edilir.

Deputat Fazil Mustafa çıxışında qeyd edib ki, bizdə təhsilin kifayət qədət problemi var: “Bir müddət dərslərin başlama və bitmə müddətini dəyişdirdilər. Bunu o zaman etmək olardı ki, məktəblər kondisionerlərlə təmin olunur.  Uşaqlar maşınlarla məktəbə aparılır. Elə absurd qərarlar var ki, bunun  izahını verməkdə də çətinlik çəkirlər. Boloniya sisteminə dəyişiklik edildi. Hansı ali məktəbimiz uğur qazandı? Hesab edirəm ki, universitetlərə qəbulu asanlaşdırıb, çıxışı çətinləşdirmək lazımdır”. 

Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda ötən illərdə 40 min tələbə kəsilib: “Onun da 20 mini Dağıstana, Ukraynaya oxumağa gediblər. İndi onların həmin ölkələrə sərf etdiyi vəsaiti  hazırlıq qruplarına sərf edib universitetə daxil olsalar, nə ziyanı var? Bizim ən böyük bəlamız odur ki, hər şeyin arxasında korrupsiya axtarırırıq. Bizim dərdimiz odur. Niyə hər şeyə pis gözlə baxırıq?”.

Qafqazinfo.az