XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 04:48

ABŞ-ın Baş prokuroru da Senat qarşısına çıxarıldı –Rusiya ilə əlaqədə ittiham olunduğuna görə

ABŞ-ın baş prokuroru Ceff Seşşin iyunun 13-də Senatın Kəşfiyyat Komitəsi qarşısında verdiyi ifadədə ötən ilin seçkisi zamanı Rusiya rəsmiləri ilə əlaqələrinə dair iddiaları rədd edib.

Strateq.az AzadliqRadiosuna istinadla xəbər verir ki, Donald Trampın yaxın çevrəsinin Rusiya ilə təmaslarına dair aparılan təhqiqatın subyektlərindən olan Ceff Seşşin dinləmələr zamanı Rusiyanın ABŞ-dakı səfiri ilə azı iki dəfə görüşdüyünü etiraf edib, lakin üçüncü görüşün olduğu barədə iddiaları rədd edib.

O, həmçinin senatorlara deyib ki, Konqresin bəzi üzvlərinin onu Rusiya ilə sövdələşmədə ittiham etməsi “hiddət doğurur və iyrənc yalandır”.

Xatırladaq ki, Ceff Seşşindən əvvəl Senatın Kəşfiyyat Komitəsi qarşısında FTB-nin keçmiş başçısı Ceyms Komi ifadə vermişdi. Komi vəzifəsindən Tramp tərəfindən qanunsuz olaraq çıxarıldığını bildirmişdi.

AzadlıqRadiosu bildirir ki, Ceff Seşşinin Senat qarşısında ifadə verdiyi dinləmə kifayət qədər gərgin keçib.

Ceff Seşşin bu dinləmə zamanı ondan əvvəl ifadə vermiş keçmiş FTB direktoru Kominin dediklərinə aydınlıq gətirmək istəyib.

Komi öz ifadəsində Trampla üzbəüz görüşünü xatırlamışdı. O demişdi ki, həmin görüşdə Tramp keçmiş müşavir Maykl Flinnə dair təhqiqata xitam verilməsini təklif edib.

Komi deyib ki, bu hadisədən özünü çox narahat hiss edib və Seşşinə “yalvarıb” ki, onu bir daha Trampla tək buraxmasın. Komi demişdi ki, bunun cavabında Seşşin heç nə deməyib.

Lakin baş prokuror öz ifadəsində bildirib: “Komi bunu xatırlamır, amma mən onun sözləri ilə razılaşdım və dedim ki, FTB və Ədliyyə Nazirliyi Ağ Evlə müvafiq kontaktlar zamanı nazirliyin siaysətinə diqqətlə əməl etməlidirlər.”

Robert Müller

Trampın Komini vəzifəsindən azad etməsindən sonra yaranmış hiddət səbəbilə keçmiş FTB direktoru Robert Müller Rusiyaya dair təhqiqata nəzarət etmək üçün xüsusi prokuror vəzifəsinə təyin edilib.

Müller bir daha iyunun 12-də diqqət mərkəzinə gəlib, çünki Trampın inanılmış yaxınlarından biri prezidentin Mülleri vəzifəsindən çıxarmaq məsələsini nəzərdən keçirdiyini deyib.

Əgər Tramp Müelleri də vəzifəsindən çıxarsa, onda bu, Konqresdə nəhəng hay-küyə səbəb olacaq. Belə bir addım demokratları hiddətləndirər, respublikaçıları isə dərindən narahat edər.

Ceff Seşşin Senat komitəsinə deyib ki, o, Müllerə etibar edir.

Mülleri xüsusi prokuror vəzifəsinə təyin etmiş şəxs – baş prokurorun müavini Rod Rozenştein iyunun 13-də Senatda daha əvvəl keçirilmiş dinləmə zamanı deyib ki, o, Müllerin vəzifəsindən uzqlaşdırlmasına heç bir əsas görmür.

Rozenştein bildirib ki, o, Mülleri vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətində olan yeganə şəxsdir, lakin bunun üçün legitim əsas olmalıdır.

ABŞ kəşfiyyat xidmətlərinin gəldiyi nəticəyə görə, Rusiya 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə məqsədilə geniş haker və təbliğat hücumu həyata keçirib. Bununla əlaqədar keçmiş prezident Obama Rusiya rəsmilərinə sanksiyalar qoyub, onlarca Rusiya diplomatını ölkədən qovub və Rusiyanın Merlilend və Nyu-Yorkdakı şəhərciklərini müsadirə edib.

Bütün bunlar Trampın Rusiya ilə daha yaxşı münasibətlər yaratmaq niyyətini heçə endirib.

Bu arada Konqres də Rusiya üzərinə qoyulmuş sanksiyaları sərtləşdirib və yeni embarqolar qoyub.