XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 08:13

Prezident İlham Əliyev Milli Məclisə gəlib: Yeni parlamentin ilk iclası başlanıb

 

ilham parle.jpg

V çağırış Azərbaycan Milli Məclisinin ilk iclası başlayıb.

Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra yeni deputatlar ilk iclaslarına toplaşıblar.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir. 

İclasda yeni deputatların adları oxunacaq, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələrini təqdim edəcək.

Bundan başqa, iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək.