XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2017 - 15:05

“Biz Qarabağ, Dnestryanı və Ukrayna problemlərini həll edə bilərik” –Lukaşenko

“Çox istərdik ki, mövcud problemlərimiz masa arxasında Minsk, Moskva, İrəvan və digər şəhərlərdə həll edilsin, digər dövlətlərin, hansısa qrupların, “dəyirmi masalar”ın və digərlərin təsiri olmasın. Özü də biz Qarabağ, Dnestryanı, Ukrayna və digər yerlərdəki problemləri həll edə bilərik”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.

“Bu, bizim problemlərimizdir, onları özümüz xarici “siyasi bürolar” və müdaxilələrsiz həll etməliyik”, – deyə, o, vurğulayıb.

APA