XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2017 - 18:25

Kılıcdaroğlundan Ərdoğana sərt mesaj:"Həbsxanalar ağzına qədər doludur, artıq yetər!"

Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula doğru bugünlük böyük etiraz yürüşü başa çatıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Ədalət yürüşü” adı verilən aksiya dünən CHP millət vəkili, “Hürriyet” qəzetinin sabiq baş redaktoru Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq keçirilir.

Minlərlə tərəfdarı ilə birlikdə 20 kilometrlik piyada yürüşdən sonra Əryamana çatan Kamal Kılıcdaroğlu orada yeni açıqlamalar verib. O deyib kİ, bu gecə Əryamandakı Hipodromda tərəfdarları ilə birlikdə qalacaq.

Daha sonra o, Prezident Ərdoğanın siyasətini sərt tənqid edib:

"Bir dəfə  təyyarədə məclis sədrinə "150-dən çox qəzetçinin həbsdə olduğu bir ölkədə siz demokratiyanı dünyaya anlada bilməzsiniz", – dedim. Gerçəkdən də belə demokratiyanı dünyaya anlada bilməzlər. Dünyada bilinən bir gerçək var, o da Türkiyədə demokratiyanın olmamasıdır".

Kılıcdaroğlunun sözlərinə görə, Türkiyədə jurnalistlərin, deputatların həbsdə olmasını istəmirlər: "Biz bir diktatura idarəçiliyi ilə üz-üzəyik. Ədalətin olmadığı ölkədə yaşamaq istəmirik. Ədalət axtarırıq. Həbsxanaların ağzına qədər dolu olduğu bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir yerdə sülh olmaz. Artıq yetər deyirik!​".

Kılıcdaroğlu sonda onu da deyib ki, belə etiraz aksiyaları ilboyu davam etdiriləcək. 

Strateq.az