XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 19:39

Avropa İttifaqından Cənubi Qafqazdakı münaqişələrlə bağlı açıqlama:"Bu bölgəyə böyük əhəmiyyət veririk”

“Avropa İttifaqı Cənubi Qafqazdakı vəziyyətdən narahatdır və bu bölgəyə böyük əhəmiyyət verir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı nümayəndəliyinin Ermənistandakı rəhbəri Petr Svitalski Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki son durumu şərh edərkən deyib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri mürəkkəb və müxtəlif çağırışların olduğu mühitdə yaxşı iş görürlər. Biz həmsədrlərə dəstəyimizi ifadə edirik. İyulun əvvəlində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Gerbert Zalber bölgəyə səfər edəcək. Onun səfəri Avropa İttifaqının bölgəyə verdiyi böyük əhəmiyyətin və burada baş verənlərdən narahat olmasının göstəricisidir. Bizim rolumuz ATƏT-in Minsk qrupuna dəstək verməkdir”, – deyə, o, vurğulayıb.

P. Svitalski Avropa İttifaqının sülh prosesinə, o cümlədən münaqişədən sonrakı bərpa prosesinə töhfə verməyə hazır olduğunu bildirib: “Atəşkəs rejiminin pozulması halları narahatedicidir, çünki belə sülh 2016-cı il aprel hadisələri fonunda həssas ola bilər”.