XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 22:24

Poroşenko Trampla bir arada: “Demokratiya və azadlıq üçün mübarizə aparırıq” –FOTO

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Poroşenkonu qəbul edib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Ukraynanın şərqindəki münaqişə və ölkədəki islahatlar geniş müzakirə olunub. 

Görüşlə bağlı Ağ Evdən verilən yazılı açıqlamada iki liderin Ukraynadakı separatçılarla yaşanan münaqişənin sülh yolu ilə həll olunması, ölkədəki korrupsiya ilə mübarizə və qarşılıqlı işbirliyinin davam etdirilməsinin vacibliiyinin qərara alındığı xüsusi vurğulanıb. 

Poroşenko ilə görüşünün çox məhsuldar olduğunu deyən Tramp iki ölkə arasındakı münasibətlərin daha geniş və dərindən müzakirə edildiyini açıqlayıb və bir çox sahələrdə əməkdaşlıqlarının daha uzağa gedəcəyinin mesajını verib.

Poroşenko isə qısa açıqlamasında demokratiya və azadlıq üçün mücadilə etdiklərini deyərək, ABŞ kimi dəyərli bir müttəfiqlərinin olmasından məmnunluq duyduğunu vurğulayıb "Bu, bir uğur  hekayəsidir və bu hekayənin dəstəkçiləri olaraq sizi (Tramp) və ABŞ-ı yanımızda görməkdən qürur duyuram".

Strateq.az