XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 11:13

Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib –Nazirlikdən sərt xəbərdarlıq

Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Strateq.az