XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 16:29

Sim kartların kirayəyə verilməsinə qadağa qoyuldu –Prezident yeni qanunu təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Bununla da qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.

Digər əlavə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması ilə bağlıdır.

APA